
“Hizbullah” İsrailin şimalında yerləşən hərbi obyektə bir sıra pilotsuz uçuş aparatları (PUA) ilə hücum həyata keçirib.
Primeinfo.az xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.
Bildirilib ki, hücum Yaara kəndi ərazisində yerləşən hərbi mərkəzə edilib.
Daha əvvəl “Ynet” xəbər portalı İsrailin Livanla sərhəd yaxınlığında hava məkanına daxil olan pilotsuz uçuş aparatları səbəbindən əhaliyə xəbərdarlıq etdiyini bildirmişdi.