
Şənbə günü gecə keçirilən əməliyyat zamanı ABŞ xüsusi təyinatlıları tərəfdən ikinci F-15E qlrıcısının 2-ci pilotu da xilas edilib. 32 saat sonra! Əməliyyatla əlaqəli ABŞ rəsmiləri bu barədə məlumat veriblər.
Primeinfo.az xəbər verir ki, ABŞ Prezidenti Tramp gecə yarısı sosial media paylaşımında tələyə düşmüş zabitin artıq ABŞ qüvvələri tərəfindən İrandan təhlükəsiz şəkildə təxliyə edildiyini təsdiqləyib. “O, yaralanıbmış, amma yaxşı olacaq”, – deyə Tramp bildirib. O, əlavə edib ki, ABŞ qoşunlarında heç itki yoxdur.
Və bildirib ki, bu, tarixdə bir ilk oldu ki, düşmən dərinliyində ayrı-ayrı yerlərdə mühasirəyə düşən iki pilotun ikisi də, ABŞ qüvvələri xilas edə bilib.
Əməliyyat barədə ətraflı:
Xilasetmə əməliyyatı ABŞ və İran qüvvələrinin arasında iki günlük qarşıdurmanın ən yüksək nöqtəsinə çatıb. Çünki hər iki tərəf dağlıq ərazi relyefdə, yalnız bir tapança ilə 24 saatdan çox gizlənən yaralı pilota çatmaq üçün yarışırdı.
Əməliyyatla tanış olan keçmiş yüksək vəzifəli hərbi rəsminin sözlərinə görə, ABŞ qüvvələri vurulan pilota yaxınlaşdıqda iranlılarla atışma baş verib. Nəticədə isə, bir neçə İranın “Bəsic” əməkdaşını öldürməklə, ABŞ-ın yüzlərlə xüsusi təyinatlı qüvvə əməkdaşı zabit pilotu xilas edib.
2 gün əvvəl 6 aprel 2926, İranın atəşinə məruz qalmış ilk təyyarə olan F-15E Strike Eagle qırıcı təyyarəsinin iki ekipaj üzvü təyyarədən atılıb. Və Pilot tez zamanda xilas edilib, lakin atıcı zabiti heç yerdə tapılmayıb və bu da ciddi müharibə məsuliyyət yaratması ilə axtarışa səbəb olub.
ABŞ-ın yüksək vəzifəli hərbi rəsmisi sözlərinə görə, təxliyə təyyarələri təxliyə edilmiş zabitini tibbi müalicə üçün Küveytə aparıb.
Xilasetməni gecikdirən son maneə isə, ABŞ-ın komandoları və pilotu təhlükəsiz yerə aparmalı olan iki nəqliyyat təyyarəsinin İrandakı ucqar bir aerodromda qalması olub, rəsmi məlumatda deyilir. Amerika qüvvələrini təxliyə etmək üçün daha üç təyyarə göndərilib; iki sıradan çıxmış yüngül tipli təyyarə isə, İran qüvvəlırinin əlinə keçməməsi üçün tam partladılaraqməhv edilib.
Qeyd edək ki, İranın Tasnim ХА Amerika komandoslarının F-15E ekipaj üzvünü axtarmaq üçün eniş etdiyi yerdan foto yayımlayıb. ABŞ tərəfdən öz zədəli helikopter və təyyarəsinin partlatma qalıqlarıdır.



