
“İran neftin Hörmüz boğazından keçməsinə icazə vermək məsələsində çox pis iş görür”.
Primeinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp özünün “Truth Social” platformasında yazıb.
“Bəzilərinin dediyi kimi, hətta şərəfsizlik edir. Bu bizim aramızda olan razılaşmaya uyğun deyil!”, – deyə Tramp əlavə edib.
Qeyd edək ki, İran Hörmüzdən gün ərzində yalnız 15 gəminin keçə biləcəyini açıqlayıb.