
“Tramp İrana deyir ki, sizi daş dövrünə qaytaracağıq. Bu o deməkdir ki, İranı elə bir vəziyyətə salacaqlar ki, uzun illər dirçələ bilməyəcək. Yəni, sən hər dəfə inkişaf edib gəlsən də, yenə dünyadan ən azı 100 il geri qalacaqsan. Necə ki, indi də qalırsan”.
Primeinfo.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Heydər Oğuz Prime TV-nin “Qırmızı masa” verilişində bildirib.
O əlavə edib ki, İranın istifadə etdiyi təyyarələr 50 il öncə istehsal olunub. Bu isə ondan xəbər verir ki, İran hazırda 50 il geridədir.
Davamı “Qırmızı masa”da: