
İsrail Müdafiə Ordusunun Livanın Xanauya şəhərinə hava zərbəsi nəticəsində bir nəfər həlak olub, daha bir nəfər yaralanıb.
Primeinfo.az “Report”a istinadən bildirir ki, bu barədə “Al-Jazeera” Livan KİV-lərinə istinadən xəbər verir.
Qeyd olunur ki, zərbələr nəticəsində Livanın cənub şəhərlərindəki bəzi yaşayış məhəllələri zərər görüb.
Xatırladaq ki, İran, ABŞ və onların müttəfiqləri 8 aprel 2026-cı il gecəsi iki həftəlik atəşkəs barədə razılığa gəliblər. İran öz tərəfindən bəyan edib ki, bu müddət ərzində İranın silahlı qüvvələri ilə koordinasiya və texniki məhdudiyyətlər nəzərə alınmaqla Hörmüz boğazından təhlükəsiz keçid təmin olunacaq.
İsrail isə qüvvədə olan atəşkəs qərarının Livana şamil edilmədiyinə istinad edərək, 8 apreldə bu ölkəyə zərbələr endirib. Sonradan İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf Livanda atəşkəsin planın ilk şərti olduğunu bəyan edib.