
“Putin Paşinyana təzyiq göstərə bilmir. Nə dedisə Paşinyana, o da hamısının cavabını verdi. Həm də kifayət qədər sərt cavablar verdi”.
Primeinfo.az xəbər verir ki, bu sözləri Müsavat Partiyasının başqanı İsa Qəmbər Prime TV-nin “Qırmızı masa” proqramında bildirib.
O, Ermənistanın Baş naziri Nikol Paşinyanın Moskvaya səfərini və Rusiya Prezidenti Vladimir Putinlə Kremldə keçirilən görüşünü şərh edib. Qeyd edib ki, görüş bir sıra məqamlarla yadda qalıb:
“Paşinyan elə cavablar verdi ki, başqa şəraitdə bəlkə də Putin o cavabları həzm edə bilməzdi. İndi isə susmağa məcbur oldu, heç nə deyə bilmədi. Yedi o cavabları bir növ. Ona görə də mən Rusiyanın bu qarşıdurmadan gücləndiyini düşünmürəm”.
Başqanın fikrincə, hazırda Rusiyameyilli qüvvələrlə İranmeyilli qüvvələr biryerdə hərəkət edirlər:
“Bu – savaşla bağlı təbliğat və izahat işlərində də, cavablarda da, trol fəaliyyətində də açıq-aydın görünür”.
İsa Qəmbər ABŞ və İsrailin son aylarda İrana qarşı apardığı genişmiqyaslı hərbi əməliyyatlarla bağlı da fikirlərini bölüşüb.
Davamı “Qırmızı masa”da: