Xəbər axtarın

Son axtarış nəticələri:

Lavrov və Əraqçi Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

02.04.2026 23:11

Rusiya və İran xarici işlər nazirləri Sergey Lavrov və Abbas Əraqçi telefonla Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.

Primeinfo.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, tərəflər regionda baş verən münaqişə, bir sıra ölkələrin gərginliyin azaldılması istiqamətində atdığı addımlar və BMT Təhlükəsizlik Şurasında Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinin təmin olunması ilə bağlı aparılan müzakirələr ətrafında fikir mübadiləsi aparıblar.

Nazirlik bildirib ki, danışıqlarda ABŞ və İsrailin İrana qarşı hərəkətlərinin nəticələrinin aradan qaldırılması məsələlərinə də toxunulub.

Paylaş: