
Moldova parlamenti ölkənin Müstəqil Dövlətlər Birliyindən (MDB) çıxması barədə qanun layihəsini ikinci və yekun oxunuşda qəbul edib.
Primeinfo.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, səsvermə zamanı 101 deputatdan 60-ı sənədin lehinə səs verib.
Prosedura əsasən, Moldova Prezidenti Maya Sandu parlamentin qəbul etdiyi qanunu imzaladıqdan sonra sənəd hüquqi qüvvəyə minəcək. Bundan sonra ölkənin Xarici İşlər Nazirliyi təşkilatdan çıxmaqla bağlı rəsmi bildirişi MDB-nin icra orqanına təqdim edəcək.
Qeyd edək ki, Kişineu bundan əvvəl də Avropaya inteqrasiya kursunu sürətləndirərək MDB çərçivəsindəki bir çox sazişlərdən imtina etmişdi.