
Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Moskvada Ukrayna Təhlükəsizlik Xidməti (SBU) tərəfindən planlaşdırlan terror aktının qarşısını alıb.
Primeinfo.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Bildirilib ki, terakt Rusiyanın yüksək vəzifəli hüquq-mühafizə orqanı əməkdaşına qarşı planlaşdırılıb.
Məlumata görə, FSB-nin bomba zərərsizləşdirilməsi üzrə mütəxəssisləri hadisə yerində plastik partlayıcı maddə və qəlpədən ibarət olan partlayıcı qurğu aşkarlayıblar.
Digər məlumata görə, Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının iclasını çağırıb.