Xəbər axtarın

Son axtarış nəticələri:

Mustafa Çiftçi İçərişəhəri ziyarət edib - FOTO

09.04.2026 20:55

Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi Azərbaycan səfəri çərçivəsində Bakının tarixi mərkəzi olan İçərişəhəri ziyarət edib.

Primeinfo.az xəbər verir ki, UNESCO Dünya İrs Siyahısına daxil edilmiş İçərişəhərdə keçirilən səfər zamanı ərazinin qorunması istiqamətində görülən işlər və tarixi-mədəni irsin yaşadılmasına yönəlmiş tədbirlər yerində araşdırılıb.

Nazir Mustafa Çiftçi çıxışında Türkiyə ilə Azərbaycan arasında münasibətlərin yalnız siyasi və təhlükəsizlik sahələri ilə məhdudlaşmadığını bildirib. O qeyd edib ki, iki ölkə arasında tarix, mədəniyyət və ortaq sivilizasiya dəyərlərinə əsaslanan möhkəm bağlar mövcuddur.

Paylaş: