
“İsrail hökuməti Livanla atəşkəs və “Hizbullah”ın tərksilah edilməsi danışıqlarına mümkün qədər tez başlayacaq”.
Primeinfo.az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.
Onun sözlərinə görə, danışıqlar “Hizbullah”ın tərksilah edilməsi və İsraillə Livan arasında sülh münasibətlərinin qurulmasına yönələcək:
“Bu qərar Livanın İsraillə birbaşa danışıqlara başlamaqla bağlı dəfələrlə etdiyi müraciətlərdən qaynaqlanıb”.