Xəbər axtarın

Son axtarış nəticələri:

Rusiya Xarkova dron hücumu edib - Ölənlər var

03.04.2026 20:53

Rusiya ordusunun Ukraynanın Xarkov şəhərinin mərkəzinə pilotsuz uçuş aparatları ilə zərbəsi nəticəsində 2 nəfər ölüb, 7 nəfər yaralanıb.

Primeinfo.az xəbər verir ki, bu barədə Xarkov vilayət administrasiyasının rəhbəri Oleq Sinequbov məlumat yayıb.

Məlumata görə, şəhərin Şevçenkovski rayonun mərkəzi küçələrinin birinə dronun düşməsi nəticəsində bir neçə avtomobil yanıb, iki tibb müəssisəsinə ziyan dəyib.

Vilayət rəhbəri qeyd edib ki, Xarkova hücumlar artıq üç gündür davam edir.

Paylaş: