
ABŞ Prezidenti Donald Tramp İrandan ölüm cəzasına məhkum edilmiş 8 qadının azad olunmasını xahiş edib.
Primeinfo.az xəbər verir ki, o, bu barədə “Truth Social” hesabında yazıb.
“Mənim nümayəndələrimlə tezliklə danışıqlar aparacaq İran liderlərinə xitab edirəm: Bu qadınları azadlığa buraxsanız, mən bunu çox yüksək qiymətləndirərdim. Əminəm ki, onlar sizin bunu etməyinizi çox ehtiramla qarşılayacaq. Xahiş edirəm, onlara ziyan verməyin. Bu danışıqlar üçün çox gözəl başlanğıc olar”, – Tramp qeyd edib.