Xəbər axtarın

Son axtarış nəticələri:

Trampdan Hörmüzü minalamağa çalışan gəmilərlə bağlı GÖSTƏRİŞ

23.04.2026 18:19

Trampdan Hörmüzü minalamağa çalışan gəmilərlə bağlı GÖSTƏRİŞ

ABŞ Hərbi Dəniz Qüvvələrinə əmr vermişəm ki, Hörmüz boğazı sularında mina yerləşdirən istənilən qayığı nə qədər kiçik olursa-olsun vurub məhv etsinlər.

Primeinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp öz “Truth Social” hesabında yazıb.

Tramp İranın 159 hərbi gəmisinin artıq dənizin dibində olduğunu bildirib.

ABŞ lideri bu əmri yerinə yetriməkdə heç bir tərəddüd edilməməsini tələb edib və boğazın minalardan təmizlənməsini sürətləndirməyə göstəriş verib: “Bundan əlavə, bizim minatəmizləyən gəmilərimiz hazırda boğazı təmizləyir. Bu fəaliyyətin davam etdirilməsini, lakin üçqat artırılmış səviyyədə həyata keçirilməsini əmr edirəm!”

Paylaş: