Xəbər axtarın

Son axtarış nəticələri:

Xamneyi Rusiyaya gedib?

04.04.2026 13:56


“İranın yeni Ali Lideri Müctəba Xamneyinin Rusiyaya getməsi ilə bağlı xəbərlər həqiqəti əks etdirmir, aldığı yaralar isə onun işinə mane olmur”.

Primeinfo.az xəbər verir ki, bu barədə “RİA Novosti” diplomatik mənbəyə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, İranın yeni Ali Lideri Rusiyada “hətta bir neçə saat belə” olmayıb.

Qeyd edək ki, ötən ayın ortalarında Küveytin “AJ Jarida” nəşri Müctəba Xamneyinin yaralandıqdan sonra Rusiyaya aparıldığı və Moskvada yerləşən özəl xəstəxanada müalicə aldığı barədə xəbər yaymışdı.

Paylaş: