Xəbər axtarın

Son axtarış nəticələri:

Xəzərdə üçüncü dəfə zəlzələ olub - YENİLƏNİB

08.04.2026 14:24

Xəzərdə üçüncü dəfə zəlzələ olub.

Bu barədə Primeinfo.az-a AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.

Zəlzələ yerli vaxtla 13:21-də qeydə alınıb.

3 maqnitudalı yeraltı təkan 21 km dərinlikdə olub.

***

13:44

Xəzərdə daha bir zəlzələ olub.

Bu barədə Primeinfo.az-a AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.

Zəlzələ yerli vaxtla 13:10-da qeydə alınıb.

3.2 maqnitudalı yeraltı təkan 20 km dərinlikdə qeydə alınıb.

***

13:30

Xəzərdə zəlzələ qeydə alınıb.

Bu barədə Primeinfo.az-a AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.

Maqnitudası 5.3 olan yeraltı təkan yerli vaxtla 13:05-də 70 km dərinlikdə baş verib.

Zəlzələ Lənkəran, Yardımlı, Lerik, Astara, Cəlilabad, Neftçala 4-3 bal hiss olunub.

***

13:15

Xəzər dənizində zəlzələ olub, Azərbaycanın cənub bölgəsində hiss olunub.

Primeinfo.az-ın xəbərinə görə, yeraltı təkan Lənkəran və Astarada daha çox hiss edilib.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişlinin verdiyi açıqlamaya görə, 70 km dərinlikdə baş verən yeraltı təkanın 4-5 bal gücündə olduğu ehtimal edilir.

Zəlzələ cənub zonasında, əsasən, Cəlilabad, Astara, Lənkəran, Lerikdə 3 bal gücündə hiss edilib.

Paylaş: