Xəbər axtarın

Son axtarış nəticələri:

Bir sıra dövlət prezidentləri və rəsmiləri Azərbaycana gəlib - FOTO

17.05.2026 10:25

Bir sıra dövlət prezidentləri və rəsmiləri Azərbaycana gəlib - FOTO

Xəbər verdiyimiz kimi, Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) öz işinə başlayıb.

Primeinfo.az xəbər verir ki, bununla əlaqədar bir sıra dövlət prezidentləri və rəsmiləri Azərbaycana gəlib.

Keniya Respublikasının Prezidenti Uillyam Samoei Rutonu Heydər Əliyev Beynəlxalq Aeroportunda müdafiə sənayesi naziri Vüqar Mustafayev və digər rəsmi şəxslər qarşılayıblar.

Bundan başqa, Türkmənistan Prezidenti yanında Arkadağ şəhərinin Tikinti və Dövlət Komitəsinin sədri Deryageldi Orazov, Esvatini Krallığının Kralı Əlahəzrət III Msvati, Albaniya Respublikası Baş nazirinin müavini Albana Koçiu, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (CICA) Baş katibi Kayrat Sarıbay beynəlxalq tədbirlə bağlı Azərbaycana gəliblər.

Bir sıra dövlət prezidentləri və rəsmiləri Azərbaycana gəlib - FOTO Bir sıra dövlət prezidentləri və rəsmiləri Azərbaycana gəlib - FOTO Bir sıra dövlət prezidentləri və rəsmiləri Azərbaycana gəlib - FOTO

Paylaş: