Xəbər axtarın

Son axtarış nəticələri:

Rossbax: "WUF13 bizə daha güclü addımlar üçün imkan yaradır"

21.05.2026 14:37

Rossbax: "WUF13 bizə daha güclü addımlar üçün imkan yaradır"

WUF13 bizə daha dərin əməkdaşlıq və daha güclü addımlar üçün imkan yaradır.

Primeinfo.az xəbər verir ki, bunu WUF13 çərçivəsində “Uşaqlar və gənclər” mövzusunda keçirilən dəyirmi masa zamanı BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax deyib.

O, gənclərin qarşısına çıxan problemlərdən danışıb.

“Həyata yeni addım atan, universitetə daxil olan, daha sonra iş axtarmağa başlayan gənclər var. Onlar yaşayış üçün ev axtarırlar və birdən anlayırlar ki, nə kirayə, nə də ev almaq üçün kifayət qədər imkanları var. Nəticədə onlar nə öz işlərini qura bilir, nə də təhsillərinə lazımi diqqət ayıra bilirlər. Bu vəziyyət bizə göstərir ki, bu insanların yaşadığı hissləri anlamaq və problemin aktuallığını dərk etmək çox vacibdir. UN-Habitat olaraq biz bu məsələnin əhəmiyyətini yaxşı anlayırıq və bir sıra təşəbbüslər həyata keçirmişik. Xüsusilə qadınlarla bağlı xüsusi təlimatlarımız, “Gənclər 2030” baxışı sənədimiz, uşaqlarla bağlı şəhərlərin tərəfdaşlığı platforması və gənclərin inkişafına yönəlmiş digər proqramlarımız mövcuddur”, – Rossbax qeyd edib.

Paylaş: