Xəbər axtarın

Son axtarış nəticələri:

Bakıda keçiriləcək çövkən üzrə dünya çempionatının təqvimi müəyyənləşib

06.06.2026 21:45

Bakıda keçiriləcək çövkən üzrə dünya çempionatının təqvimi müəyyənləşib

Bakıda iyunun 7-dən 13-nə qədər keçiriləcək çövkən üzrə dünya çempionatınının təqvimi müəyyənləşib.

Primeinfo.az-ın məlumatına görə, qrup mərhələsinin oyunları iyunun 7-11-də baş tutacaq.

Yarımfinal qarşılaşmalarına iyunun 12-də start veriləcək. Final və 3-cü yer uğrunda görüşlər isə iyunun 13-də keçiriləcək.

Turnirdə mübarizə aparacaq 10 komanda iki qrupa bölünüb. A qrupunda Nigeriya, Uruqvay, Türkiyə, Niger və Polşa yer alıblar. B qrupunda isə Azərbaycan, Özbəkistan, Qazaxıstan, Çili və Küveyt yığmaları mübarizə aparacaqlar.

Qeyd edək ki, çövkən üzrə dünya çempionatının bütün oyunları Binə Atçılıq Mərkəzində keçiriləcək.

Paylaş: