Xəbər axtarın

Son axtarış nəticələri:

Hakan Fidan: "ABŞ-İran danışıqlarında irəliləyiş müşahidə olunur"

05.06.2026 15:14

Hakan Fidan: "ABŞ-İran danışıqlarında irəliləyiş müşahidə olunur"

Türkiyə ABŞ və İran arasında aparılan danışıqlarda irəliləyiş müşahidə olunduğunu açıqlayıb.

Primeinfo.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.

Nazirin sözlərinə görə, İran-ABŞ qarşıdurması təkcə regiona deyil, bütün dünyaya mənfi təsir göstərir.

“İran və ABŞ arasında aparılan danışıqlarda əldə olunan irəliləyişi məmnunluqla qarşılayırıq və ümid edirik ki, bu proses konkret nəticələr verəcək, davamlı sülh və sabitliyin bərqərar olmasına töhfə verəcək”, – deyə Fidan bildirib.

O vurğulayıb ki, Hörmüz boğazında gəmiçiliyin sərbəstliyinin bərpası və müharibədən əvvəlki vəziyyətə dönüş qlobal iqtisadiyyat, enerji təhlükəsizliyi və beynəlxalq sabitlik baxımından vacibdir.

Hakan Fidan əlavə edib ki, Türkiyə Fars körfəzi regionunda nizamlanmaya dəstək məqsədilə diplomatik səylərini artırır.

“ABŞ və İranla yanaşı, region ölkələri ilə də intensiv məsləhətləşmələr aparırıq. Bu kontekstdə Pakistanın davamlı atəşkəsin təmin olunması istiqamətində vasitəçilik səylərini yüksək qiymətləndiririk və bu təşəbbüslərə dəstəyimizi davam etdiririk”, – deyə nazir qeyd edib.

Fidanın sözlərinə görə, tərəflər diplomatik prosesi risk altına qoya biləcək addımlardan çəkinməli, beynəlxalq ictimaiyyət isə müharibənin dayandırılması üçün vahid mövqe nümayiş etdirməlidir.

“Xüsusilə İsrailin atəşkəsi pozmağa yönəlmiş cəhdlərinin qarşısının alınması vacibdir”, – deyə o əlavə edib.

Paylaş: