
ABŞ-də üzərində ölkə rəhbəri Donald Trampın şəkli olan 1 dollarlıq qızıl sikkə dövriyyəyə buraxılacaq.
Primeinfo.az xəbər verir ki, bu barədə ABŞ-nin maliyyə naziri Skott Bessent sosial şəbəkə hesabında məlumat yayıb.
“Ölkənin müstəqilliyinin 250 illiyinin şərəfinə ABŞ Zərbxanası azadlığın əbədi irsini və vətənpərvərliyin daimi simvolunu ehtiramla yad etmək məqsədilə 1 dollar dəyərində yeni qızıl sikkənin istehsalına başlayacaq. Sikkənin üzərində prezident Tramp təsvir olunub”, – deyə nazir bildirib.
Bessent həmçinin əlavə edib ki, bu sikkə ABŞ dəyərlərinin gücünü və xalqın gələcəyə olan vədini tərənnüm edəcək.