Xəbər axtarın

Son axtarış nəticələri:

Ərdoğanla Tramp arasında görüş başladı - VİDEO

07.07.2026 16:49

Ərdoğanla Tramp arasında görüş başladı - VİDEO

İyulun 7-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 36-cı NATO zirvə toplantısında iştirak üçün Ankaraya gələn ABŞ Prezidenti Donald Trampla görüşüb.

Primeinfo.az xəbər verir ki, “Beştepe” kompeksində ABŞ Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Dövlət başçıları rəsmi foto çəkdiriblər.

Türkiyə lideri Donald Trampı Ankarada qarşılamaqdan məmnunluğunu ifadə edib. ABŞ lideri isə, öz növbəsində, Ərdoğanın bütün dünyada xüsusi hörmətə malik olduğunu deyib.

O, Türkiyənin güclü bir dövlət olduğunu vurğulayıb. Xüsusilə də R.T.Ərdoğanın rəhbərliyi ilə ölkənin hərbi müdafiə sənayesinin xeyli inkişaf etdiyini qeyd edib.

“İkitərəfli görüşümüz zamanı bir çox məsələləri müzakirə edəcəyik”, – o əlavə edib.

Yerli saatla 15.40-da başlayan müzakirələrin əsas mövzusunun müdafiə sənayesi, ticarət və enerji sahələrində əməkdaşlığı əhatə edəcəyi gözlənilir.

Ərdoğan-Tramp görüşün gündəliyində, həmçinin, Ankaraya qarşı CAATSA (Amerikanın düşmənlərinə qarşı sanksiyalar vasitəsilə mübarizə Qanunu) sanksiyalarının ləğvi, Türkiyənin F-35 proqramına qayıtması, beşinci nəsil KAAN qırıcı təyyarələri üçün mühərriklərin alınması kimi mövzular daxildir.

Paylaş: