Xəbər axtarın

Son axtarış nəticələri:

Ərdoğan: "Liderlər Zirvəsində F-35-lərlə bağlı müsbət qərar qəbul ediləcəyinə inanıram"

07.07.2026 17:20

Ərdoğan: "Liderlər Zirvəsində F-35-lərlə bağlı müsbət qərar qəbul ediləcəyinə inanıram"

“F-35 məsələsi ilə bağlı Trampın bizə ayrıca sözü var”.

Primeinfo.az xəbər verir ki, bunu Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampla görüşündə deyib.

Ərdoğan bildirib ki, F-35 məsələsi yeni mövzu deyil: “Bu məsələni biz daha əvvəl də Amerika ilə müzakirə etmişik. Beş təyyarənin verilməsi ilə bağlı bizə söz verilib. Cənab Trampın da bu məsələ ilə bağlı bizə ayrıca verdiyi söz var. İndi isə Liderlər Zirvəsi çərçivəsində keçirəcəyimiz görüşlərdə F-35-lərlə bağlı daha əvvəl verilmiş vədin gələcəyə yönəlik müsbət şəkildə təsdiqlənəcəyinə inanıram. Cənab Tramp hər zaman verdiyi sözün arxasında dayanıb. Liderlər Zirvəsində F-35-lə bağlı müsbət qərarın qəbul olunacağına inanıram”.

Paylaş: