Xəbər axtarın

Son axtarış nəticələri:

Sultan Rayev: “Ən böyük gücümüz ortaq yaddaşımızdır” - Bakıda Turan Həftəsi

01.07.2026 11:09

Sultan Rayev: “Ən böyük gücümüz ortaq yaddaşımızdır” - Bakıda Turan Həftəsi
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi” davam edir.

Primeinfo.az xəbər verir ki, türk dünyasını bir araya gətirən önəmli tədbir çərçivəsində müxtəlif sessiyalar, panel iclasları, sərgilər təşkil olunur.

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Baş katibi Sultan Rayev qurultayın böyük əhəmiyyət kəsb etdiyini bildirib.

Onun fikrincə, Birinci Türkoloji Qurultay sadəcə elmi bir toplantı deyil, türk xalqlarının dil, tarix və ədəbiyyat haqqında ortaq anlayışını formalaşdıran əsas dönüş nöqtələrindən biridir: “Türkologiya təkcə dil araşdırmaları ilə məhdudlaşmır, ortaq mədəni yaddaşa sahib olan xalqlar yalnız ortaq şüurla gələcəyi qura bilərlər. Bu ortaq tarix və mədəniyyət Türk dünyasının ən böyük gücünü təşkil edir”.

Sultan Rayev qeyd edib ki, bugünkü rəqəmsallaşma və süni intellekt dövründə mədəni irsin qorunması üçün elmi əməkdaşlığa, birgə rəqəmsal arxivlərə və türk dilləri arasında qarşılıqlı anlaşılanlığı təşviq edən layihələrə ehtiyac var.

Paylaş: