Xəbər axtarın

Son axtarış nəticələri:

Tramp: "Hörmüzə nəzarət ABŞ-nın əlindədir"

28.07.2026 17:21

Tramp: "Hörmüzə nəzarət ABŞ-nın əlindədir"

ABŞ Prezidenti Donald Tramp İranın Hörmüz boğazına nəzarət etmədiyini, boğaz üzərində nəzarətin ABŞ-nin əlində olduğunu bildirib.

Primeinfo.az xəbər verir ki, bu barədə Tramp “Fox News” telekanalına müsahibəsində danışıb.

“İran boğaza nəzarət etmir. Boğaza nəzarət edən bizik. Onlar bir neçə mina yerləşdirib vəziyyəti çətinləşdirə bilərlər. Amma boğaza nəzarət bizdədir”, – deyə Tramp bildirib.

ABŞ prezidenti qeyd edib ki, Vaşinqton daha əvvəl Hörmüz boğazındakı blokadanı aradan qaldırıb, lakin İran razılaşmanın şərtlərini pozduqdan sonra məhdudiyyətlər yenidən tətbiq edilib.

“Biz blokadanı aradan qaldırdıq, sonra onlar razılaşmanı pozdular və biz onu yenidən tətbiq etdik. Onların razılaşmaları pozmasına daha dözə bilmərik”, – deyə Tramp əlavə edib.

Paylaş: