Xəbər axtarın

Son axtarış nəticələri:

Tramp xalqa müraciət edəcək

14.07.2026 10:16

Tramp xalqa müraciət edəcək
ABŞ Prezidenti Donald Tramp xalqa müraciət edəcək.

Primeinfo.az bu barədə “Axios” portalına istinadən bildirir.

Məlumata görə, iyulun 16-da Şərq vaxtı ilə saat 21:00-da (Bakı vaxtı ilə 17 iyul, saat 05:00) televiziya vasitəsilə yayımlanacaq müraciətdə ölkə rəhbəri müxtəlif mövzulara, o cümlədən ABŞ-İran münaqişəsinə toxunacaq.

Tramp həmçinin ABŞ-də keçiriləcək seçkilər, Tehrana qarşı hərbi əməliyyatlar və vacib hesab etdiyi digər məsələlər barədə də danışacaq.

 

Paylaş: