
“F-35-lər Türkiyənin gücləndirilməsi, müdafiə qabiliyyətinin artırılması ilə bərabər, ABŞ ilə Türkiyə arasında olan müəyyən ziddiyyətləri də aradan qaldırır”.
Primeinfo.az xəbər verir ki, bu sözləri təhlükəsizlik eksperti İlham İsmayıl Prime TV-nin “Qırmızı masa” verilişində bildirib.
“Eyni zamanda bu sadəcə İsrailə mesaj deyil, həm də Yunanıstana bir mesajdır. Çünki bu silahların Türkiyəyə verilməsi sadəcə İsraili deyil, eyni zamanda Yunanıstanı da narahat edir”, – deyə o əlavə edib.
Məlum olduğu kimi, ABŞ Prezidenti Donald Trampın NATO sammitində Türkiyəyə qarşı sanksiyaların ləğv ediləcəyini və F-35 satışına yenidən baxılacağını açıqlaması beynəlxalq təhlükəsizlik gündəminin əsas mövzularından birinə çevrilib.
Davamı “Qırmızı masa”da: