
Venesuelada baş vermiş dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı 5 000 nəfərə çatıb.
Primeinfo.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə respublika Milli Assambleyasının (parlament) sədri Xorxe Rodriqes özünün “Telegram” kanalında bildirib.
Parlament sədrinin yaydığı gündəlik rəsmi hesabatda bildirilir ki, təbii fəlakət zamanı 16 740 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb, 17 907 vətəndaş isə sığınacaqsız qalıb. Fəlakət bölgəsində 190 tikili tamamilə yararsız hala düşüb, 856 binaya isə ağır ziyan dəyib. Həyata keçirilən axtarış-xilasetmə tədbirləri çərçivəsində 6 462 nəfər xilas edilib, 35 781 şəxsə xəstəxanalarda tibbi yardım göstərilib. Eyni zamanda, 128 324 ailə zəruri dəstəklə təmin edilib, 21 210 nəfər 107 müvəqqəti sığınacaqda yerləşdirilib və zərərçəkənlərə ümumilikdə 10 063 ton ərzaq məhsulu paylanılıb.
Zəlzələ Venesuelada iyunun 24-də axşam saatlarında qeydə alınıb. Təqribən 40 saniyə intervalla 7.2 və 7.5 maqnitudalı iki ardıcıl yeraltı təkan silsiləsi baş verib. Təkanların episentri Yarakuy ştatı ərazisində, bir-birindən 10 kilometr aralıda yerləşib. Əsas zəlzələdən sonra ərazidə 1 275 yeraltı təkan (afterşok) qeydə alınıb.