
Ukrayna Rusiyanın Samara vilayətindəki Sızran neft emalı zavoduna (NEZ) PUA-larla zərbə endirildiyini bildirib.
Primeinfo.az “Report”a istinadən xəbər verir ki, bu barədə Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurası yanında Dezinformasiyaya qarşı Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko teleqram kanalında məlumat verib.
Ukraynanın “Exilenova+” və “Supernova+” monitorinq “Telegram” kanallarının məlumatına görə, müəssisə ərazisində silsilə partlayışlar olub.
Sızran neft emalı zavodu “Rosneft” şirkətinin strukturuna daxildir və Samara vilayətinin ən böyük neft emalı müəssisələrindən biridir.