Xəbər axtarın

Son axtarış nəticələri:

28 aptekdə yoxlama aparılıb, 5-də nöqsan tapılıb

11.12.2025 12:07


Keçən ay 28 aptekdə yoxlama aparılıb.

Primeinfo.az-a bu barədə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.

Qeyd olunub ki, yoxlamaların 24-ü Bakıda, digərləri isə ölkənin digər şəhər və rayonlarında olub.

Ümumilikdə 22 aptekdə planlı, 6-da isə plandankənar yoxlamalar aparılıb.

Monitorinq zamanı beş aptekdə çatışmazlıqlar aşkarlanaraq İnzibati Xətalar Məcəlləsinin 452.1 və 452.3-cü maddələri ilə protokollar tərtib edilib.

 

Paylaş: