Xəbər axtarın

Son axtarış nəticələri:

Ərdoğan-Zelenski görüşü başlayıb - YENİLƏNİB

04.04.2026 21:30


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ukrayna lideri Volodimir Zelenski ilə görüşü başlayıb.

Primeinfo.az  “TRT Haber”ə istinadən xəbər verir ki, görüş Dolmabağça Ofisində keçirilir.

Rəsmi qarşılanma mərasimindən sonra Ərdoğan və Zelenski ikitərəfli görüşə keçiblər.

***

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüş keçirib.

Görüş Dolmabahçe İş Ofisində baş tutub. Rəsmi qarşılanma mərasimindən sonra liderlər təkbətək və geniş tərkibdə danışıqlar aparıblar.

Məlumata görə, görüş zamanı Türkiyə ilə Ukrayna arasında ikitərəfli münasibətlər, Rusiya-Ukrayna müharibəsi çərçivəsində sülh axtarışları, eləcə də, regional və qlobal məsələlər müzakirə olunub.

Danışıqlarda Prezident Ərdoğan Türkiyənin Ukrayna ilə Rusiya arasında dialoqun davam etdirilməsinə dəstək verməyə hazır olduğunu bildirib. O, bölgədə sabitliyin təmin olunmasının vacibliyini vurğulayıb.

Bununla yanaşı, Ərdoğan Qara dənizdə naviqasiya təhlükəsizliyinin və enerji təchizatının qorunmasının strateji əhəmiyyət daşıdığını qeyd edib.

Görüşdə həmçinin iki ölkə arasında ticarət əlaqələrinin genişləndirilməsi məsələsi də diqqət mərkəzində olub. Türkiyə tərəfi ticarət dövriyyəsinin artırılması istiqamətində addımların davam etdiriləcəyini bildirib.

 

Paylaş: