Xəbər axtarın

Son axtarış nəticələri:

Nazir: "Qara dənizdə Türkiyənin neft tankerinə dron hücumu qəsdən törədilib" - FOTO

26.03.2026 11:57

“Qara dənizdə “ALTURA” neft tankerinə dron hücumu qəsdən törədilib”.

Primeinfo.az “TRT Haber”ə istinadən bildirir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu deyib.

O, gəminin mühərrik bölməsində partlayışın baş verdiyini deyib:

“Neft tankerinin dəniz dronu ilə vurulduğunu düşünürük. Aidiyyəti qurumlar hadisə yerindədir”.

Nazir əlavə edib ki, Rusiyada xam neft yüklənmiş, xarici ölkənin bayrağı altında üzən gəminin ekipaj heyətinin türk olduqları bilinir:

“Hesab edirik ki, hücum gəmini tamamilə sıradan çıxarmaq məqsədi daşıyıb. Yəni qəsdən həyata keçirilib. Yaxın saatlarda dəqiq məlumat veriləcək”.

Qeyd edək ki, Türkiyəyə məxsus “ALTURA” adlı xam neft tankeri Qara Dənizdə dronla vurulub.

Rusiyadan yola çıxan və 140 min ton xam neft daşıyan tanker gəmi İstanbul Boğazından təxminən 15 mil uzaqlıqda, Qara dənizdə dron hücumuna məruz qalıb. Hadisə zamanı güclü partlayış baş verib. Gəminin göyərtəsində və körpü hissəsində zədələnmə qeydə alınıb. Həmçinin ciddi fəsadlar nəticəsində gəmiyə su dolduğu bildirilib.

Gəmidəki 27 nəfərdən ibarət türk heyətinin vəziyyətinin yaxşı olduğu qeyd olunub.

Paylaş: