Xəbər axtarın

Son axtarış nəticələri:

ABŞ Adana şəhərini dərhal tərk etmələri barədə vətəndaşlarına müraciət edib

09.03.2026 15:57

ABŞ-ın Türkiyədəki səfirliyi vətəndaşlarına Adana şəhərini dərhal tərk etmələri barədə çağırış edib.

Primeinfo.az xəbər verir ki, ABŞ-ın Türkiyədəki səfirliyi bu barədə sosial media hesabından paylaşım edib.

Paylaşımda ABŞ vətəndaşlarından Türkiyənin cənub-şərqi Anadolu bölgəsini və Adana şəhərini dərhal tərk etmələri xahiş olunub.

ABŞ Dövlət Departamenti “təhlükəsizlik riskləri”ni əsas gətirərək, Adana Konsulluğunda çalışan işçiləri və onların ailələrinin təxliyə olunması barədə göstəriş verilib.

Paylaş: