Xəbər axtarın

Son axtarış nəticələri:

ABŞ-nin səfirliyi "Qarabağ"ı təbrik edib - FOTO

22.01.2026 13:52


ABŞ-nin Azərbaycandakı səfirliyi Çempionlar Liqasında ötən gün “Qarabağ”ı Almaniyanın “Ayntraxt” klubu üzərində 3:2 hesablı qələbəsi münasibətilə təbrik edib.

Primeinfo.az-ın məlumatına görə, sosial şəbəkədə səfirliyin yaydığı məlumatda deyilir:

“ABŞ-nin Bakıdakı Səfirliyi UEFA Çempionlar Liqası çərçivəsində keçirilən oyunda “Ayntraxt” üzərində əldə etdiyi möhtəşəm qələbə münasibətilə “Qarabağ” FK-nı təbrik edir. Qətiyyət, komanda işi və Azərbaycan futbolunun Avropa arenasında artan gücünü nümayiş etdirən əla bir çıxış. Birləşmiş Ştatlar bu il FIFA Dünya Kubokuna ev sahibliyi etməyə hazırlaşarkən, bu cür anlar futbolun bütün dünyada azarkeşləri və xalqları birləşdirməyə davam etdiyini bir daha göstərir”.

Paylaş: