Xəbər axtarın

Son axtarış nəticələri:

İlk köç karvanı Ağdərənin 4 kəndinə çatıb - FOTO - YENİLƏNİB

09.01.2026 15:00

Bu gün Ağdərənin Aşağı Oratağ, Heyvalı, Çapar və Çıldıran kəndlərinə yola düşən ilk köç karvanı ünvana çatıb.

Primeinfo.az xəbər verir ki, ilk mərhələdə Aşağı Oratağ kəndinə 31 ailə – 119 nəfər, Çapar kəndinə 26 ailə – 96 nəfər, Heyvalı kəndinə 19 ailə – 74 nəfər, Çıldıran kəndinə isə 13 ailə – 48 nəfər qayıdıb.

Köç karvanı respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarətdir.

***

13:33

Bu gün Tərtərdən Ağdərə rayonunun Çıldıran, Aşağı Oratağ, Heyvalı və Çapar kəndlərinə ilk köç yola salınıb.

Primeinfo.az xəbər verir ki, köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

İlk mərhələdə Ağdərə rayonunun 4 yaşayış məntəqəsinə 89 ailə (337 nəfər), o cümlədən Aşağı Oratağ kəndinə 31 ailə (119 nəfər), Çapar kəndinə 26 ailə (96 nəfər), Heyvalı kəndinə 19 ailə (74 nəfər), Çıldıran kəndinə isə 13 ailə (48 nəfər) köçürülür.

Ağdərə sakinləri uzun illərdən sonra yurdlarına qayıdışı böyük məmnunluq və sevinc hissi ilə qarşılayıblar. Onlar hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər.

Həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını ifadə edib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

 

Paylaş: