Xəbər axtarın

Son axtarış nəticələri:

Aİ səfiri: "Bakı–İrəvan arasında müsbət dinamikanı alqışlayırıq"

14.11.2025 21:38

Avropa İttifaqı avqust ayında Azərbaycan və Ermənistan arasında əldə edilən müsbət irəliləyişdən çox məmnundur.

Primeinfo.az xəbər verir ki, bunu Avropa İttifaqının Azərbaycandakı səfiri Mariyana Kuyundziç Avropa İttifaqının “Aİ və Gənclər: Dayanıqlı Gələcək Naminə” adlı tədbirində çıxışı zamanı deyib.

O, gənclərin həm öz ölkələrinin, həm də dünyanın gələcəyi olduqlarını vurğulayıb:

“Dayanıqlı gələcəyin qurulmasında təhsilin çox böyük rolu var. Lakin biz, əlbəttə, təkcə təhsil üçün burada deyilik. Bildiyiniz kimi, Azərbaycanda bir çox başqa işlər də görürük. İlk növbədə və bu an üçün ən aktual olanı davam edən sülh prosesinə göstərdiyimiz dəstəkdir. Biz avqustda(Avqustun 8-də Vaşinqtonda baş tutan Azərbaycan və Ermənistan liderlərinin ABŞ Prezidentinin iştirakı ilə görüşü və bu çərçivədə sülh sazişinin paraflanması – müəl.) və hazırda baş verən bütün müsbət inkişaflara görə məmnunuq, çünki bu, gələcəkdir. Keçmiş keçmişdə qaldı, gələcək isə gələcəkdir”,-o qeyd edib.

Səfir vurğulayıb ki, gələcək artıq rəqəmsallaşır:

“Avropa əlaqəlilik sahəsində çox fəaldır. Burada “əlaqəlilik”, yəqin ki, ilin sözüdür və müxtəlif formalarda özünü göstərə bilər-nəqliyyat, dəmir yolu, avtomobil yolu, həmçinin rəqəmsal sahə. Yəni gəıəcək rəqəmsallaşır, gələcək süni intellektdir və Avropa bu istiqamətdə çox fəaldır. Aİ olaraq biz Azərbaycanda bütün bunlara dəstək oluruq. Azərbaycan Çin və Aİ arasında yerləşir, ona görə buradakı İpək Yolu layihəsihəsinə də dəstək oluruq, həmçinin peşə layihələrinə dəstək göstəeirik, bu çərçivədə Azərbaycanda olduğumuz dövrdə 29 layihə icra etmişik, 26-sı bitib, 3-ü isə hələ davam edir”.

Paylaş: