Xəbər axtarın

Son axtarış nəticələri:

ANAMA əməkdaşları qəzaya düşdü: qardaşlardan biri öldü

13.10.2025 17:43


Beyləqanda baş verən yol qəzası zamanı ağır xəsarət alan qardaşlardan biri ölüb.

Primeinfo.az bildirir ki, bu gün səhər saatlarında Beyləqan rayonu Birinci Şahsevən kəndi ərazisində baş verən qəza zamanı ağır xəsarət almış 3 nəfərdən biri, 1996-cı il təvəllüdlü Elvin Həşimov həkimlərin göstərdikləri səylərə baxmayaraq xəstəxanada həyatını itirib.

Qəza zamanı xəsarət alan digər 2 nəfərin – Ülvi Həşimov və Məhərrəm Səfərovun müalicəsi xəstəxanada davam etdirilir.

Qəzaya düşənlər ANAMA əməkdaşlarıdır.

İlkin məlumata görə, qəza nişan mərasimindən qayıdarkən baş verib.

 

 

Paylaş: