Xəbər axtarın

Son axtarış nəticələri:

"Arsenal" Qabriel Jezusu satmaq qərarına gəlib

26.11.2025 22:59

İngiltərə təmsilçisi “Arsenal” hücumçusu Qabriel Jezusla bağlı qərar verib.

Primeinfo.az xəbər verir ki, “topçular” 28 yaşlı futbolçunu qış “transfer pəncərəsi”ndə satmağı planlaşdırırlar.

London kollektivi braziliyalı futbolçunun satışından əldə etdiyi gəlir sayəsində komandanın büdcəsini yaxşılaşdırmağı düşünür.

Forvard hazırda zədəlidir və təxminən 1 ay sonra yaşıl meydanlara qayıdacaq. Qabriel Jezus özü də başqa klubda çıxış etməyin tərəfdarıdır. O, daim start heyətində yer ala biləcəyi komandanın formasını geyinmək istəyir.

Qeyd edək ki, “Transfermarkt” portalı futbolçunu 25 milyon avro dəyərində qiymətləndirir.

Paylaş: