Xəbər axtarın

Son axtarış nəticələri:

Aygün Kazımova 31 həmkarı ilə bir arada - VİDEO

03.10.2025 19:13

Xalq artisti Aygün Kazımova estrada musiqimizdə daha bir ilkə imza atıb.

Primeinfo.az xəbər verir ki, pop diva 40 illik musiqi irsini bir neçə sənət dostunun ifasında dinləyicilərə təqdim edib.

Müğənni 31 sənət nümayəndəsini bir araya gətirib. Aralarında Xalq, Əməkdar artistlərin, gənc ifaçıların da yer aldığı sənətçilər Kazımovanın repertuarındakı hitlərə yeni nəfəs veriblər. “Best of Aygun – All stars” adlı alboma daxil olan ifaçılar arasında Xalq artistləri Zülfiyyə Xanbabayeva, Tünzalə Ağayeva, Əməkdar artistlər Lalə Məmmədova, Abbas Bağırov və digərləri yer alıb.

Qeyd edək ki, tribyut albom (sənət adamına hörmət olaraq hazırlanan xüsusi albomdur. Bu cür albomlarda bir sənətçinin məşhur mahnıları başqa ifaçılar tərəfindən yenidən səsləndirilir) üzərində 7 ay böyük komanda çalışıb.

 

Paylaş: