Xəbər axtarın

Son axtarış nəticələri:

Aygün Muradxanlı: “Ölüdən rüşvət alan səfir sussa yaxşıdır” – VİDEO

24.10.2025 14:16

“Elmira Axundovanı Rusiyanın “5-ci kolon”u aparıb Kiyevə səfir qoydu. Təsəvvür edirsiniz, Rusiyanın adamı olmağını özünə fəxr sayan birini aparıb Kiyevdə bizim böyükelçimiz elədilər”.

Primeinfo.az xəbər verir ki, bu sözləri Prime TV-nin efirində yayımlanan “Qırmızı Masa” verilişində jurnalist Aygün Muradxanlı bildirib.

“Elmira Axundova Rusiya-Ukrayna müharibəsi zamanı 2 bomba atılan kimi səfirliyi qoyub qaçdı. Sonra isə bu “səfir” Rusiya bombaları nəticəsində Ukraynada həlak olan soydaşlarımızın nəşinin Azərbaycana göndərilməsini alver predmetinə çevirdi. Hamı deyirdi ki, Azərbaycan vətəndaşı və yaxud Ukrayna vətəndaşı olan azərbaycanlıların cəsədini ölkəyə göndərmək üçün səfirlik bizə pul oxuyurdu, rüşvət istəyirdilər” – deyə, A.Muradxanlı bildirib.

Paylaş: