Xəbər axtarın

Son axtarış nəticələri:

AZAL-ın stüardı terrorçunu döydü - Bakı-Praqa uçağında olay

06.01.2026 10:19

“Praqadan Bakıya gələn sərnişinlər həyəcanlı anlar yaşayıblar”.

Primeinfo.az xəbər verir ki, bu barədə Çexiyada yaşayan azərbaycanlı hüquq müdafiəçisi Mətanət Əzizova özünün “Facebook” profilində yazıb.

O bildirib ki, Praqa aeroportunda, Praqa–Bakı (AZAL) reysinin gözləmə zalından bir kişi yoxlamadan keçmədən, qanunsuz trapa daxil olaraq uçaq tərəfə getməyə çalışıb:

“Hay-küy düşdü, cinayətkar heç kəsə tabe olmurdu. Onun məqsədi sərnişinlərdən əvvəl təyyarəyə girmək idi. Umumi onu dayandırmaq üçün 30 dəqiqə ərzində aeroportun təhlükəsizlik xidməti, çox sayda polis, 10-a yaxın qara maskalılar cəlb olundu, sonra itlər, xususi qurğular və s. Əsl Hollivud filmlərindəki kimi.

Nəysə, cinayətkar həbs olundu və əminəm ki, onu çoxmüddətli həbs gözləyir”.

M.Əzizovanın diqqətini çəkən əsas məsələ cinayətkarın qarşısına ən birinci AZAL-ın bələdçisinin çıxması olub:

“Bilirsiz, kim birinci cinayətkarın qarşına çıxdı? Kim onu təyyarəyə minməyə qoymadı? AZAL-ın bələdçisi. Baxmayaraq ki, ona qarşı ciddi fiziki güc tətbiq edilirdi, əməlli-başlı qaydasız döyüş getdi aralarında. Polis gələnə qədər o cavan oğlan cinayətkara imkan vermədi təyyarəyə girsin.

Bunu niyə yazdım?

AZAL-dan xahiş etmək istəyirəm ki, bugünkü reysdə işləyən hər kəs mükafatlandırılsın. Əsas da o qarabuğdayı qəhrəmanımız”.

 

Paylaş: