Xəbər axtarın

Son axtarış nəticələri:

Sərbəst güləşçisimiz dünya çempionatında 3-cü oldu

27.10.2025 22:55

 

Azərbaycanın sərbəst güləşçisi Ali Tsokayev (86 kq) Serbiyanın Novi Sad şəhərində keçirilən U-23 dünya çempionatında bürünc medal qazanıb.

Primeinfo.az xəbər verir ki, üçüncü yer uğrunda qarşılaşmada gürcüstanlı Tornike Samxaradzeyə 13:2 hesabı ilə qalib gələn təmsilçimiz bürünc medala sahib çıxıb.

Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərimizdən Kənan Heybətov (70 kq) qızıl, Xetaq Karsanov (125 kq) isə gümüş medal əldə edib.

Paylaş: