
“Azərbaycan uğrunda döyüşlər gedəcək. Biz bunu yaxın zamanlarda görəcəyik”.
Primeinfo.az xəbər verir ki, bu sözləri araşdırmaçı jurnalist Heydər Oğuz Prime TV-nin “Qırmızı masa” verilişində bildirib.
O qeyd edib ki, Azərbaycan həm Rusiya, həm Avropa, həm də dünya üçün çox önəmli yerdir. Azərbaycan uğrunda geopolitik savaşlar bundan sonra da davam edəcək:
“Azərbaycan təkcə Cənubi Qafqazda bir ölkə deyil, həmçinin Qara dənizlə Xəzəri birləşdirən körpüdür. Bu körpünü kim əlində saxlasa, o təkcə Cənubi Qafqaza deyil, həm də Orta Asiyaya nəzarət edəcək”.
Heydər Oğuz deyir ki, Azərbaycan dünyada ən önəmli enerji mərkəzlərindən biri sayılan Fars körfəzinə çıxış nöqtəsidir:
“Ona görə də Azərbaycanı heç kim buraxmaq istəmir. Azərbaycan uğrunda çox döyüşlər gedəcək. Özü də çox ciddi döyüşlər gedəcək. Burada son zamanlar baş verən təxribatlar, kəşfiyyat müharibələri Qazaxıstana da sıçrayacaq. Çünki Azərbaycan, Qazaxıstan və Türkmənistan bir qapıdır. O qapının əsas astanası da Azərbaycandır. Azərbaycan həm astanadır, həm körpüdür, həm bütün logistika və kommunikasiya xətlərinin keçdiyi qapıdır. Bu qapı təkcə Orta Asiyaya deyil, həm də Hind Okeanına açılır”.
Daha ətraflı “Qırmızı masa” verilişində: