Xəbər axtarın

Son axtarış nəticələri:

Azərbaycandan Ukraynaya humanitar yardım göndərilib - FOTO

03.02.2026 16:49

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib.

Primeinfo.az xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Husyev sosial şəbəkə hesabında məlumat verib.

Onun sözlərinə görə, humanitar yardıma 17 ədəd generator, 4 ədəd daşınabilən enerji sistemi və digər enerji avadanlıqları daxildir.

“Azərbaycana hökumətinə, müəssisələrinə, təşkilatlarına və bütün Azərbaycan xalqına Ukraynaya davamlı dəstəyə görə səmimi minnətdarlığı bildirirəm”, – səfir qeyd edib.

Qeyd edək ki, Azərbaycan bundan əvvəl də Ukraynaya elektrik təchizatı ilə bağlı humanitar yardımlar göndərib.

 

Paylaş: