
Azərbaycanın cüdo millisi VI İslam Həmrəyliyi Oyunlarının qalibi olub.
Primeinfo.az xəbər verir ki, yığmamız finalda Özbəkistan kollektivi ilə qarşılaşıb.
Görüş Azərbaycan millisinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Azərbaycan millisinin heyətində Fidan Əlizadə (57 kiloqram), Hidayət Heydərov (73 kiloqram), Südabə Ağayeva (70 kiloqram) və Elcan Hacıyev (90 kiloqram) öz görüşlərini qələbə ilə başa vurublar.