Xəbər axtarın

Son axtarış nəticələri:

Babək prospektində körpü dondu, 4 maşın toqquşdu - VİDEO

03.01.2026 12:56

Bu gün səhər saatlarında paytaxtın Babək prospektində zəncirvari yol qəzası baş verib.

Primeinfo.az Qafqazinfo-ya istinadla xəbər verir ki, Babək və Qara Qarayev prospektlərinin kəsişməsindəki körpünün donması səbəbindən 4 avtomobil toqquşub. Nəticədə nəqliyyat vasitələrinə ciddi ziyan dəyib, digər avtomobillərin hərəkəti çətinləşib.

Zərbənin təsirindən qəzaya uğrayan maşınlardan biri körpünün ortasındakı bardürün üzərinə çıxıb.

Hadisə yerindən görüntüləri təqdim edirik:

 

Paylaş: