
Noyabrın 8-də Bakıda 44 günlük Vətən müharibəsindəki tarixi qələbənin 5-ci ildönümü münasibətilə təntənəli Zəfər paradı keçiriləcək.
Primeinfo.az xəbər verir ki, Azadlıq meydanında təşkil olunacaq parada hazırlıq işləri davam edir.
Hərbi parada bir neçə ölkədən rəsmi qonaqların gələcəyi ehtimal olunur. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq tapşırığına əsasən təşkil olunan paradda eyni zamanda, Pakistandan alınan qırıcı təyyarələrin nümayiş olunacağı haqqında xəbərlər var.
İddia edilir ki, paradın aparıcısı Əməkdar incəsənət xadimi və ehtiyatda olan polkovnik Abdulla Qurbani olacaq.
Xatırladaq ki, 2020-ci il dekabrın 10-da Bakıda Azadlıq Meydanında Vətən müharibəsində qələbə şərəfinə Zəfər paradı keçirilib. 2023-cü il noyabrın 8-də isə Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad olub.
Zəfər paradına hazırlıq prosesindən görüntüləri təqdim edirik: