
Bakıda məktəbin həyətində şagird infarktdan ölüb.
Primeinfo.az-ın məlumatına görə hadisə paytaxtın Sabunçu rayonunda Bakıxanov qəsəbəsində yerləşən 94 saylı məktəbin həyətində qeydə alınıb.
Bakı şəhər sakini 2008-ci il təvəllüdlü Eşqin Məhi oğlu Rüstəmov infarktdan ölüb.
Faktla bağlı araşdırma aparılır.