Xəbər axtarın

Son axtarış nəticələri:

Bakıda Türkiyə-Azərbaycan İş Forumu keçiriləcək

10.12.2025 12:13


Dekabrın 23-də Bakıda – Heydər Əliyev Mərkəzində Türkiyə-Azərbaycan İş Forumu keçiriləcək.

Primeinfo.az “Report”a istinadən xəbər verir ki, bunu Türkiyə – Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) nümayəndəsi Salih Tüfekçi Bakıda keçirilən II Azərbaycan-Türkiyə İnvestisiya Forumunda bildirib.

“Bu forum Türkiyə-Azərbaycan iş əlaqələrində mühüm mərhələlərdən biri, iş dünyasına dəyərli töhfələrdəndir. Heydər Əliyev Mərkəzində yenə iki dövlətin yüksək səviyyəli rəhbərlərinin, nazirlərinin və böyük iş adamlarının qatılacağı bir forum təşkil olunacaq. O cümlədən, Türkiyə Prezidentinin köməkçisi Cevdet Yılmaz, Azərbaycanın Baş naziri Əli Əsədov da forumda iştirak edəcək”, – deyə o qeyd edib.

 

Paylaş: