Xəbər axtarın

Son axtarış nəticələri:

Bakıda türkiyəli rəssamın sərgisi açılacaq - FOTO

20.11.2025 13:00

Noyabrın 28-də “Bakı” Rəsm Qalereyasında türkiyəli rəssam Zəkiyə İnanın “Payız yarpaqları” adlı fərdi yaradıcılıq sərgisi açılacaq.

Primeinfo.az xəbər verir ki, dekabrın 1-dək davam edəcək sərgidə türkiyəli rəssamın 80-dək yağlı boya, sulu boya, xəttatlıq nümunələri nümayiş olunacaq.

Qardaş ölkənin rəssamı kimi Azərbaycanı doğuma diyar, Bakını isə doğma şəhər bilən Zəkiyə İnan yenidən sənətsevərləri öz füsunkar sənəti ilə heyrətləndirəcək.

Sərgi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruq İdarəsi və Azərbaycan Rəssamlar İttifaqının təşkilati dəstəyi ilə həyata keçirəcək.

Zəkiyə İnan 1962-ci ildə Türkiyənin İsparta şəhərində anadan olub. O, Antalya Akdeniz Universitetinin inşaat mühəndisləri fakültəsini bitirib.

Gənclik dövründə təsviri sənətə olan həvəsi sayəsində 1999-2004-cü illərdə İstanbulun “Ulduz” sarayında hüsnxət, “Taksim Pera” sənət məktəbində isə rəssamlıq sənətinin sirlərini öyrənmişdir.

2000-ci ildə rəssamın əsərləri İstanbulda “Camal Rəşid Rəy” sərgi salonunda nümayiş etdirilib.

2004-cü ildə Bakıda Azərbaycanın Xalq rəssamı, professor Arif Əzizovdan sənət dərsləri alıb.

2009-cu ildə “Bakı” Rəsm Qalereyasında ilk fərdi sərgisi açılıb.

 

Paylaş: